• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə! - KÖŞƏ

Manşet / Yazarlar

28-09-2025, 13:0

“Hər işdə bir xeyir var” deyirlər e, Mahir Emrelinin acı Almaniya təcrübəsi göstərir ki, bu məsəli “təftiş etmək” lazımdı. Öz aramızdı, heç də hər işdə xeyir yoxmuş!

Adam krallar kimi, yəni 10 qolla başa vurduğu mövsümün ardından nə düşündüsə, yeni həyəcana yelkən açdı. Öz qərarı idi, yoxsa meneceri başını aldatdı, pul arxasınca getdi, yoxsa 1-ci bundesliqaya vəsiqə arxasınca – bütün bu suallar indi heç bir önəm daşımır. “Acı təcrübə” deyərkən mən onu nəzərdə tuturam ki, “Nürnberq”i “Kayzerslautern”ə dəyişən Mahir indi xoşbəxt deyil. Hətta bədbəxt olduğunu da deyərdim ki, hücumçunun istedadının vurğunlarının məni “topa tutacağından”, vətən xaini çıxaracağından çəkinirəm.

Yeri gəlmişkən, elə bu ictimai rəy amilinə də qısaca toxunmaq istəyirəm. “Futbol+” Mahirlə bağlı xəbərlərin intensivliyini artıran kimi sosial şəbəkə hesablarımızda bizə yazırlar ki, axı siz bu adamdan nə istəyirsiz, nə veribsiz ki, ala bilməirsiz? Təbii ki, onunla nə alış-verişimiz var, nə də hansısa umacağımız! Biz Bakıdayıq, Mahir Kayzerslauterndə. Əlbəttə, məşqlərə qatıldığını, hətta qol vurduğunu da görürük. Amma “Kayzerslautern” iyunun sonunda üçillik müqavilə bağlayanda “oyunlarda yox, məşqlərdə qol vuracaqsan” şərti ilə anlaşmamışdı axı. Gəlirəm oxucuların tez-tez dilə gətirdiyi “Mahir Emrelidən nə istəyirsiz” sualının cavabına.

Biz Mahirdən yalnız və yalnız qollar istəyirik, başqa heç nə. Biz ondan Budu Zivzivadzenin yolu ilə getməyi, yəni 2-ci bundesliqdan 1-ci bundesliqaya yollanmağı istəyirik, başqa heç nə. Biz ondan qarşıdakı iki ayda 4 seçmə oyuna çıxacaq Azərbaycan yığmasını belə çətin durumda tək qoymamağı, komandanın qol ümidi, yaralarına məlhəm olmağı gözləyirik, başqa heç nə. Biz ondan oyunu ilə Almaniyanın futbol ictimaiyyətinə xoş təsir bağışlamağı, başqa azərbaycanlıların da həmin ölkəyə yolunu açmağı gözləyirik, başqa heç nə. Kifayətdi, ya davam etdirim?!

İndi keçək Mahir ətrafında yaranan durumun praktik tərəflərinə. Baş məşqçi Torsten Liberknext yeni mövsümün ilk üç turunda azərbaycanlı hücumçuya start heyətində şans verdi – “Hannover-96”, “Şalke-04” və “Elversberq” ilə oyunlarda. “Qırmızı iblislər” bu oyunların ikisində uduzdu, Mahir hər dəfə əvəzləndi. Əvəzlənmək isə futbolda ümidləri doğrultmamağın əlaməti sayılır. Yığma fasiləsi ərəfəsində 2-ci bundesliqada 4-cü turun oyunları keçirildi. “Kayzer”in “Darmştadt” üzərində inamlı qələbə qazandığı oyunda (3:1) Mahir nə start heyətində var idi, nə də ehtiyat oyunçular skamyasında. Onda bəziləri durumu belə izah etdi ki, Mahirin belində yüngün ağrılar var, bu üzdən meydana çıxması məsləhət görülməyib. Adamın gəlib Azərbaycan yığmasının heyətində iki oyuna çıxdığını nəzərə alsaq, deməli, zədə versiyası yalanmış. Onunla Liberknextin münasibətlərində artıq çat yaranıbmış. Sadəcə, ötən bir ayda çat o qədər dərinləşib ki, artıq arasına Almaniya istehsalı olan istənilən maşın düşər. Baş məşqçi 5-6-7-ci turlarda da həmvətimizə şans vermədi. Tutaq ki, Liberknext əclafdı, vicdansızdı, ancaq öz aramızdı, ağlı başında olan hansı məşqçi Emrelisiz hər oyunda 3-4 qol vuran komandada hücumçunu əvəzləyər, rotasiyaya əl atar? Siz belə edərsiz? Təbii ki, etməzsiz, heç mən də etmərəm!

Təəssüf ki, Mahirin xarakterini səciyyələndirən sərhədsiz eqo onun bütün karyerasını məhv edir, artıq dağıdıcı amilə çevrilib. Sənin o sərhədsiz eqonun sərhədi Abşeron yarımadasının sərhədində bitir, qardaşım, “Biləcəridən o yana” işləmir, dünya futbolunda iz buraxmış Almaniyada isə heç işləmir! Sən komandada aparıcı futbolçuya, liderə çevrilmədən, vazkeçilməz fiqur olmadan sosial şəbəkə ulduzu olmamalı, baş məşqçinə Zlatan İbrahimoviçin dili ilə atmaca göndərməməliydin:

"Bəzi insanlar sənin haqqında pis danışacaq, bəziləri yaxşı. Amma pis danışırlarsa, deməli, sən yaxşı iş görürsən".
Sən Allah, bu nə deməkdi, bu nə yanaşmadı? Mən Liberknextin yerində olsaydım, beləsi ilə daha sərt danışar, heç məşqə də buraxmazdım.
Məsəllə başladım, məsəllə də bitirəcəm. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdi. Nə qədər gec deyil, Mahir ağlını başına yığmalı, bacarığını yaşıl meydanda göstərməlidi. Sosial şəbəkələrdə qəhrəman olmaq istəyən, buna çalışan, can atan o qədər adam var ki. Mahir, özünə dön! Yenidən başla, ümidlə, eşqlə! Dönməsən, onsuz da tezliklə özünü başqa klubda tapacaqsan...

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

26-06-2025, 16:0

“Nürnberq”də adı dəfələrlə qalmaqallarda hallandı...” – “Kayzerslautern” azarkeşləri narahatdı

Dünya futbolu

7-05-2025, 09:0

Mahir Emreli "Nürnberq"dən ayrılır - rəsmi

Dünya futbolu / Manşet

17-04-2025, 09:0

Mahir "məğlub edə bilməyəcəyimiz komanda yoxdu" dedi, "Nürnberq" üzr istədi

Aktual / Dünya futbolu

24-09-2025, 17:0

Mahir Emreli məşqdə vurduğu qolu paylaşdı

Dünya futbolu

24-06-2025, 22:0

"Emrelinin təcrübəsi meydanda və ondan kənarda böyük rol oynayacaq"

Dünya futbolu / Manşet

24-06-2025, 20:0

Mahir Emreli "Kayzerslautern"də - rəsmi

Aktual
“Gün kamera tərəfə düşəndə istənilən halda belə problemlər yaranır”
“Qarabağ” və oyunçuları “pul gölündə üzür”
''Spartak'' Stankoviçlə yollarını ayırdı - namizədlər arasında Qurban Qurbanov da var!
“Belə başa düşürəm ki, problemimiz qalmayıb” – bəs onda niyə “hə” cavabı almırsız?
Fransa ilə oyun ərəfəsində yığmada daha bir ciddi itki – cəzalı duruma düşdü
"Azərbaycan millisi evdə həmişə güclü oynayır" - Hannes Haldorsson
Son xəbərlər
  • Bu gün, 00:01
    “Ayaks”a kim təyinat alacaq?
  • Dünən, 23:41
    Yenə Asiyada işləyəcək
  • Dünən, 23:10
    Moskva klubunda istefa
  • Dünən, 22:49
    Məşhur braziliyalı xəstəxanalıq oldu
  • Dünən, 22:18
    Argentina yığmasında peyvənd problemi
  • Dünən, 21:57
    Levandovski üçün sonuncu mövsüm?
  • Dünən, 21:26
    Premyer-liqada yeni baş məşqçi
  • Dünən, 20:55
    İngiltərə yığmasında iki itki
  • Dünən, 20:24
    “Gün kamera tərəfə düşəndə istənilən halda belə problemlər yaranır”
  • Dünən, 19:53
    “Real”ın qapıçısı nə vaxt qayıdacaq?
  • Dünən, 19:32
    “Şamaxı” autsayderlərin ən güclüsüdü! - REPORTAJ
  • Dünən, 19:01
    Klubu ilə danışıqlara başladı
  • Dünən, 18:40
    “Real”ı qışda tərk edəcək
  • Dünən, 18:19
    “Qəbələ”nin 8-ci məğlubiyyəti, “Sumqayıt”dan ardıcıl ikinci qələbə - REPORTAJ
  • Dünən, 17:58
    Klubunda hamını arxada qoydu
  • Dünən, 17:27
    “Qarabağ” və oyunçuları “pul gölündə üzür”
  • Dünən, 16:56
    Ronaldodan dəqiq açıqlama
  • Dünən, 16:25
    Tufan yatdı...
  • Dünən, 15:54
    Yığmanın baş məşqçisi dəyişdi
  • Dünən, 15:33
    Yenidən ABŞ klubuna təyinat aldı
  • Dünən, 15:02
    Kənan Yıldızın yeni maaş tələbi ''Yuve''ni qane etmədi - danışıqlar dayandırıldı
  • Dünən, 14:41
    Pyoliyə xələf oldu
  • Dünən, 14:20
    Cüdoçularımızın ilk rəqibləri müəyyənləşdi - Xorvatiya "Qran-Pri"si
  • Dünən, 13:59
    ''Spartak'' Stankoviçlə yollarını ayırdı - namizədlər arasında Qurban Qurbanov da var!
  • Dünən, 13:28
    Yenidən əvvəlki klubunda oynayacaq
  • Dünən, 13:14
    İtaliyadakı oyun üçün "Qarabağ" azarkeşlərinə nə qədər yer ayrılıb?
  • Dünən, 12:57
    Zədəsini sağaltdı
  • Dünən, 12:36
    La Liqada yeni rekordun müəllifi oldu
  • Dünən, 12:15
    “Belə başa düşürəm ki, problemimiz qalmayıb” – bəs onda niyə “hə” cavabı almırsız?
  • Dünən, 11:54
    Bir qarşılaşma təxirə salındı - ABL
  • Dünən, 11:23
    Premyer-liqada hamını qabaqladı
  • Dünən, 10:52
    "Turan Tovuz"un məşqçiləri kənd məktəbinin qonağı oldu
  • Dünən, 10:31
    “Azərreyl” ilk oyunda məğlub oldu - CEV Kuboku
  • Dünən, 10:00
    “Avrokuboklar uğrunda mübarizə aparan komandalar iki-üç yerli futbolçuya güvənir” – ilk dövrənin təəssüratı
  • Dünən, 01:40
    Ronaldo “qırmızı” aldı, Mbappe İslandiyanın xahişini yerinə yetirdi - gecənin nəticələri
Daha çox
Oxunub: 194
"Turan Tovuz"un yeni ot örtüyüylə bağlı şok problem - komanda yenə Tovuzdan ayrılacaq?
Oxunub: 170
PFL və “CBC Sport” Yevlax şəhər stadionunda yenə qüsurlar tapdı! - indi də gülməli stul söhbəti...
Oxunub: 164
Yığmamızın düşərgəsində həyəcan: 6 futbolçunun taleyi tükdən asılıdı
Oxunub: 150
Kamal Umudlu Peterburqda kobud səhvə yol verdi – Qolovinin qolu sayılmamalıydı!
Oxunub: 72
Mahir o qolu dayısı oğluna həsr edəcəkdi... – 78 gündən sonra, 78-ci dəqiqə...
Oxunub: 61
2014-də donub qalan Sxadadze və ya bəhanələr dünyasına xoş gəlmisiz!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə