“Formula-1”in sabiq pilotu saxlanıldı

7.09.2025 12:04 5
İdman
Braziliya polisi “Formula-1”in sabiq pilotu Tarso Markesi bahalı maşını qeyri-qanuni şəkildə idarə etdiyinə görə saxlayıb.

"Football-plus.az" xəbər verir ki, 49 yaşlı Markes “Lamborghini Gallardo” ilə San-Paulu küçələrində gəzirmiş. Özü də maşının üzərində nömrə nişanı olmayıb.

Markesi saxlamağa qərar verən polis avtomobilə görə 240 min dollar borcun olduğunu müəyyənləşdirib. Braziliyalı 1996, 1997 və 2001-ci illərdə “Minardi” komandasının heyətində “Formula-1” üzrə dünya çempionatında iştirak edib, həmçinin son illərdə televiziyada ekspert kimi çalışıb.