Millimizin oyunu Martinçiçə tapşırıldı

12.10.2024 13:08 290
Yığma
21 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsinin 10-cu turu çərçivəsində keçiriləcək İngiltərə - Azərbaycan matçına hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, görüş Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb. Referi qadın hakim İvana Martinçiç olacaq. Ona yan xətt hakimləri qismində Sanya Rodyak-Karşiç və Maya Petraviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sabina Boliç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 15-də “Ashton Gate” stadionunda keçiriləcək İngiltərə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22.30-da başlayacaq. Komandamız bu gün isə Şimali İrlandiya ilə üz-üzə gələcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul