• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” əsas mərhələdə nə edə bilər?

Ölkə futbolu / Manşet

30-08-2025, 20:0

Avqustun 28-də keçirilən püşkatma mərasimində “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli oldu. Ağdamlılar “Çelsi”, "Ayntraxt", "Ayaks" və "Kopenhagen" ilə evdə, "Liverpul", "Benfika" , "Napoli" və "Atletik"lə səfərdə qarşılaşacaq.

“Köhlən atlar”ın 8 rəqibindən beşi “böyük beşlik”, ikisi “ikinci eşelon” çempionatlarındandı. Rəqiblərin hamısı güclüdü - onsuz da bu turnirdə zəif rəqib yoxdu. Gəlin bütün rəqibləri gözucu təhlil edək, “Qarabağ”ın şanslarını dəyərləndirək.
“Çelsi” ilə yenə eyni turnirdə qarşılaşırıq. Güclüdümü? Çox güclüdü. Son KDÇ-nin qalibidi. Finalda bütün Avropaya qan udduran PSJ-ni ilk hissədəcə darmadağın etdi. Roman Abramoviçin gedişindən sonra klubun yeni strategiyası var. Komandada rəsmən qeydiyyatda olan futbolçuların sayı-hesabı yoxdu. 2017/18 mövsümü ilə müqayisə etsək, yəqin ki, o heyət daha güclüdü. Son 10 ilin ən güclü “Çelsi”si bəlkə də o mövsümdə idi. Açığı danışsaq, bu oyunda “Qarabağ”ın xal qazanması çox çətindi.

“Liverpul”la səfərdə oynamaq nə deməkdi? “Enfild” səfəri istənilən klub üçün ağırdı. Bu stadionda “Real”, “Barselona” diz çöküb. Arne Slotun rəhmi gəlsə, böyükhesablı məğlubiyyət almadan ayrılmaq olar. Hazırda komandada oyuna köklənmək problemi aşkar görünür. Liverpullular çempionatda ilk iki oyunda iki top öndə olduqları halda, hesabın bərabərləşməsinə imkan yaradıblar. Aleksander-Arnoldun gedişindən sonra cağ cinahda da ciddi problem var. Bu da Zubir üçün avantajdı. Fikrimcə, bu oyunda möcüzə də “Qarabağ”ın harayına çata bilməyəcək.

“Ayntraxt” isə 12 il əvvəl qarşılaşdığımız rəqibdi. 2013/14-də - “Qarabağ”ın qruplarda debüt mövsümündə Frankfurt təmsilçisi ilə qarşılaşmışdıq. Bakıda iki cavabsız qol buraxan Qurbanovun komandası səfərdə də eyni sayda qol buraxsa da, təsəlli qolunu vura bilmişdi. Ötən mövsüm bundesliqada çempion “Bavariya” ilə “Bayer-04”dən geri qalan “Ayntraxt” bu mövsümə də böyükhesablı qələbə ilə start verib. Çətin olsa da, xal almaq mümkün olan rəqibdi.

“Benfika” ilə səfər oyunu da çətin keçəcək. Portuqaliyanın üç nəhəngindən biri pley-offa iddialılardandı. “Ayaks”la duelin təəssüratı yenidi. Ötən ilin oktyabrında bu rəqibə evdə 0:3 uduzmuşuq. Ancaq hesab oyuna görə deyildi. Xal ala biləcəyimiz komanda kimi görməyə məhkumuq.
Daha bir rəqib “Napoli”di. Neapol təmsilçisi ötən mövsüm A seriyasının qalibi olub, bu mövsümün də favoritlərindəndi. Lukaku, De Bruyne kimi təcrübəlilər komandanın əsas silahıdı. “Qarabağ”ın bu rəqibdən xal alması möcüzə olardı.

“Kopenhagen” nə qədər çətin rəqib olsa da, yəqin ki, bu komandanı məğlub etməyin vacibliyini futbolçular hamıdan yaxşı anlayır. Turniri ən azı bir qələbə ilə yekunlaşdırmaq lazımdı. Bu qələbəni isə danimarkalılardan qoparmaq olar. “Qarabağ” 2017-də bu komandaya səfərdə 1:2 uduzub, evdə isə 1:0 hesabıyla qalib gəlib. Ümid edək ki, bu dəfə də Bakıda biz sevinəcəyik.

Sonuncu oyun Bilbaoda basklılara qarşı olacaq. Eyni meydanda 10 il əvvəl indi “Şamaxı”ya çevrilən “İnter” oynayıb və iki cavabsız qol buraxıb. Düzdü, Bakıdakı cavab görüşü 0:0 bitmişdi. Çox çətin oyunlardan biri olacaq. Azarkeşləri də stadionda gözəl atmosfer yaradır. Ümid edək ki, heç olmasa, bir xal qoparmaq mümkündü.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

28-08-2025, 21:0

"Qarabağ"ın qarşılaşacağı 8 komanda bəlli oldu - ÇL

Ölkə futbolu / Manşet

28-08-2025, 23:0

Qurban Qurbanov püşkü dəyərləndirdi

Avrokuboklar

28-08-2025, 10:0

“Qarabağ”ın potensial rəqibləri - bu gün püşkatmadı!

Avrokuboklar

30-08-2025, 14:0

“Qarabağ”ın oyunlarının təqvimi - ÇL

Manşet / Çempionlar Liqası

28-08-2025, 15:0

“Qarabağ” üçün ən arzuolunmaz və arzulanan 8 rəqib! – hamısı bir arada

Aktual / Ölkə futbolu

14-08-2024, 14:0

“Qarabağ” çox güclüdü, yoxsa rəqibləri zəifdi?

Aktual
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
"Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
“Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
"Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
Son xəbərlər
  • Bu gün, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 21:27
    Parisdən Madridə yollandı
  • Bu gün, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Bu gün, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Bu gün, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Bu gün, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Bu gün, 18:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Bu gün, 17:55
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Bu gün, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Bu gün, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Bu gün, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Bu gün, 14:58
    Birmingemdən Londona yollandı
  • Bu gün, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Bu gün, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Bu gün, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Bu gün, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Bu gün, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
Daha çox
Oxunub: 280
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 129
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə