• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” üçün ən arzuolunmaz və arzulanan 8 rəqib! – hamısı bir arada

Manşet / Çempionlar Liqası

28-08-2025, 15:0

Bu gün saat 20.00-da başlayacaq püşkatma mərasimində “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olacaq.

Bəs Azərbaycan çempionu üçün ən arzuolunmaz və ən arzulanan rəqiblər hansılar ola bilər? Bəribaşdan xatırladaq ki, “Qarabağ”ın bəxtinə hər səbətdən iki komanda düşəcək. Ağdamlılar bu komandalardan biri ilə evdə, o biri ilə səfərdə oynayacaq.

Daha bir önəmli məqam odu ki, “Qarabağ” bir ölkənin təmsilçiləri ilə ikidən artıq oyun keçirə bilməz.

1-ci səbət əjdaha yuvasıdı: PSJ, “Real”, “Mançester Siti”, “Bavariya”, “Liverpul”, “İnter”, “Çelsi”, Dortmund “Borussiya”sı, “Barselona”. Bu səbətdən PSJ, “Bavaria” ən ağır rəqiblər ola bilər. Düzdü, “Real”, “Barselona”, MS, “Liverpul” da var, lakin “alman maşını” rəhmsizdi, vura bildiyi qədər qol vurur. Təsadüfi deyil ki, ötən mövsüm Zaqreb “Dinamo”su məhz münhenlilərdən buraxdığı 9 topa görə pley-offa yüksələ bilmədi. PSJ isə son çempiondu, bu gün üçün Avropada ən yaxşı formada olan komandalardandı.

2-ci səbətdəki arzuolunmaz rəqiblər “Arsenal” və “Atletiko”du. Hər iki komanda Bakıda oynayıb, özü də məhz “Qarabağ”a qarşı. Dieqo Simeonenin intiqam hissi də var. 8 il əvvəl məhz “Qarabağ” madridlilərin qrupdan çıxmasına mane olmuşdu. La Liqaya uğursuz başsalara da, məhz “hindular” “Qarabağ”a 2-ci səbətdən düşə biləcək ən çətin rəqibdi. “Arsenal” da “Qarabağ” kimi komandalara münasibətdə amansız olur. Artetanın komandası bu mövsüm uğurlu olmaq üçün əlindən gələni edəcək – istər premyer-liqada, istərsə də Avropada.

3-cü səbətdən “Qarabağ”a düşə biləcək ən ağır rəqib “Napoli” və “Sportinq”di. “Napoli” A seriyasının son çempionudu. Kontenin rəhbərliyi altında sabit çıxış edən neapollular bu mövsüm də uğurlu komanda olmağı hədəfləyir. “Qarabağ”a isə ciddi problem yaratmaq iqtidarındadılar. “Sportinq”ə Dyökereşin gedişindən sonra da maksimum məhsuldar olmaq xasiyyətindən əl çəkmir. “Çelsi”, “Bavariya” kimi bu komanda da son saniyəyə qədər qol vurmaqdan ötrü alışıb-yanır. 2018/19 mövsümündə Bakıda qapımızdan 6 top keçirən komanda da məhz Lissabon təmsilçisidi.
4-cü səbətdə də güclü komandalar var. Bu səbətdən “Kopenhagen” və “Qalatasaray” təhlükəlidi. Düzdü, 8 il əvvəl məhz “Kopenhagen”i məğlub edib qrup mərhələsinə düşmüşdük. Lakin indi danimarkalılar daha güclüdü, “Qarabağ”a maneə törədə bilərlər. “Qalatasaray” ilə bəlkə iki-üç mövsüm əvvəl başabaş oynamaq olardı. Amma bu heyətdə Osimhen, Sane, İkardi, Morata var.

Bəs düşə biləcək ən münasib rəqiblər?
1-ci səbətə baxsaq, belə rəqib, ümumiyyətlə, yoxdu. Bəlkə “İnter”lə “Borussiya”nın adını çəkmək olar. “İnter”in müdafiədən oyun qurması, “Borussiyanın” isə həm ad, həm də ümumi komanda olaraq, səbətin digər klublarından geri qalması arzulanan rəqib kimi onları seçməyimizə şərait yaradır.

2-ci səbətdən Frankfurt “Ayntraxt”ı ilə “Brügge”ni deyə bilərik. Əslində “Yuventus”u da qeyd etmək olardı – komanda beş ildi özünə gələ bilmir. Belə qeyri-sabit komandadan da xal olmaq olar.

3-cü səbətdən Avropa Liqasının iyi gəlir. Burdakı bir neçə klubla ötən mövsüm Avropa Liqasında da qarşılaşmışıq. Ən uyğun rəqib kimi “Slaviya” ilə “Bude/Qlimt”i demək olar. Düzdü, skandiyavılılar həddən artıq güclüdü, amma burda zəif rəqib yoxdu. 4-cü səbətdəki əksər komandalarla oynamaq olar. Məsələn, “Kayrat”la 2021/22 mövsümündə qarşılaşmışdıq və hər iki oyunda qələbə qazanmışdıq. “Pafos” da, “Yunion” da uyğun rəqibdi.

Hər halda, rəqiblər kim olur-olsun, “Qarabağ”dan yenə də uğurlu, inamlı mübarizə gözləyirik.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Avrokuboklar

28-08-2025, 10:0

“Qarabağ”ın potensial rəqibləri - bu gün püşkatmadı!

Manşet / Avrokuboklar

5-08-2025, 18:0

Onlar birlikdə 102 milyon avro, “Qarabağ” tək 25 milyon…

Yığma

6-02-2024, 10:0

Millimizin potensial rəqibləri bilindi - Millətlər Liqası

Dünya futbolu

30-01-2025, 16:0

''Siti''ni pley-offda ya ''Real'' gözləyir, ya da ''Bavariya''!

Dünya futbolu

17-10-2022, 10:0

Bu gün "Qızıl top"un sahibi müəyyənləşir

Avrokuboklar

9-05-2024, 23:0

“Qarabağ” da onlar arasında ola bilər - 36 komandalı vahid turnir!

Aktual
"Hapoel" “Sabah”a rəqib olmağa çox yaxındı - YENİLƏNİR
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
"Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
Son xəbərlər
  • Bu gün, 23:35
    "Hapoel" “Sabah”a rəqib olmağa çox yaxındı - YENİLƏNİR
  • Bu gün, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Bu gün, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Bu gün, 22:25
    "Karvan-Yevlax"dan böyükhesablı qələbə
  • Bu gün, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 21:27
    Parisdən Madridə yollandı
  • Bu gün, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Bu gün, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Bu gün, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Bu gün, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Bu gün, 18:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Bu gün, 17:55
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Bu gün, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Bu gün, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Bu gün, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Bu gün, 14:58
    Birmingemdən Londona yollandı
  • Bu gün, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Bu gün, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Bu gün, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Bu gün, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Bu gün, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
Daha çox
Oxunub: 280
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 130
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə