MBA klublarından “İndiana” baş məşqçisi Rik Karlayl ilə müqavilənin müddətini uzadıb. Amma 65 yaşlı mütəxəssislə yeni müqavilənin müddəti açıqlanmır.
"Football-plus.az" xəbər verir ki, Karlayl 2021-ci ildən “İndiana”nın “sükanı arxasındadı”.
Komanda 2024/25 mövsümündə MBA-nın finalına çıxsa da, “Oklahoma-Siti”yə uduzub (3-4). Karlayl əvvəllər – 2003-07-ci illər aralığında da “İndiana”nı çalışdırıb, həmçinin “Dallas” və “Detroyt”da işləyib.