Sevinc Türkiyə klubuyla müqavilə imzaladı - rəsmi

24.08.2025 13:37 17
Ölkə futbolu
Qadınlardan ibarət millimizin kapitanı Sevinc Cəfərzadə klubunu dəyişib.

"Football-plus.az" xəbər verir ki, son olaraq Rusiya "Karanodar"ında çıxış edən hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

O, Türkiyənin “Yüksekova” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Sevinc qadınlardan ibarət əsas yığmamıza 2010-cu ildən dəvət alır.