• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”, “Ferentsvaroş”u ud. Xahiş, yoxsa tələb edək? - KÖŞƏ

Yazarlar / Manşet

19-08-2025, 17:0

Bu gün başqa telekanalların tamaşaçıları ekran qarşısına səsləməsi məsləhət deyil. Sadəcə, ona görə ki, böyük əksəriyyət “CBC Sport”da “Ferentsvaroş” – “Qarabağ” oyununa baxacaq.

Qarabağ erməni-rus işğalından azad olunandan sonra Azərbaycan cəmiyyətində inkişaf üçün milli ideya axtarışı gedir. Bir qədər qəribə görünsə və təəccüb doğursa da, deyəcəm: bu gün ən cəlbedici milli ideyalardan biri də “Qarabağ”ın avrokuboklarda, özəlliklə də Çempionlar Liqasında keçirdiyi oyunlardı. Belə günlərdə ölkədə futbolla maraqlanan da, maraqlanmayan da “Qarabağ” bayrağı altında birləşir, komandanın uğuru və ya uğursuzluğu müzakirələrin axarını müəyyənləşdirir. Əlbəttə, ölkəmiz müntəzəm bu turnirin əsas mərhələlərində təmsil olunsaydı, təkcə “Qarabağ” yox, başqa komandalar da qitənin ən güclüləri ilə gücünü sınasaydı (kalambur alındı...), ağdamlılar bu qədər populyar, diqqət mərkəzində olmazdı. Amma iş elə gətirib ki, bu gün avropalıların önünə çıxası bircə komandamız var. “Qarabağ”ın simasını əcnəbilər-legionerlər müəyyənləşdirsə də, bütövlükdə Azərbaycan brendidi. Ən azı toponimin doğmalığına, “sükan arxasında” azərbaycanlı məşqçinin dayanmasına görə.

Azərbaycan klubları üçün avrokuboklarda mübarizə çox tez başa çatır. Ya rəqibi düz təhlil etmirlər, ya qarşılarına nisbətən güclü komanda çıxır, ya da hansısa başqa subyektiv amil üzündən təslim olurlar. Reallıq budu ki, payız gəlməmiş əlləri ətəklərindən uzaq, başıaşağı-üzüsulu Misli premyer-liqasına dönürlər, bu ekosistemdə, orqanik-doğma mühitdə yaşayıb-yaratmağa, yəni qol vurmağa çalışırlar.

“Qarabağ” isə futbolda pilləli, zəncirvari inkişafın mümkünlüyünə dair ən parlaq nümunələrdən biridi. Əvvəllər qrupa düşmək futbolumuz üçün möcüzə sayılırdı. Qurban bəy bunu vərdiş halına gətirdi. Sonra düşüncə belə oldu ki, qrupa düşmək azdı, ordan çıxmaq da lazımdı. Qurban bəy buna da “yox” demədi, komandanı 2021/22-də Konfrans Liqasının, 2023/24-də Avropa Liqasının qrupundan çıxardı. İndi isə yeni sosial-ictimai sifariş var: “Qarabağ” ÇL-in əsas mərhələsinə qalmalıdı!

Gözəl sifarişdi və mən də onun altına həvəslə imza atmağa hazıram. Ancaq ədalət naminə özümüzə bu sualı da verməliyik: bu çempionatda mübarizə aparan, faktiki heç bir rəqabətlə üzləşmədən, sona bir neçə tur qalmış çempionluğu təmin edən komandanın özündən ikiqat varlı rəqibi sıradan çıxarması nə dərəcədə qanunauyğundu? Təbii ki, qanunauyğun deyil!

Mən azərbaycanlı azarkeşlərin “Qarabağ”ı “Ferentsvaroş”dan üstün görmək istəyini anlayır, onları dəstəkləyirəm. Amma bunu tələb halına salmaq bir qədər qəribə görünür. Öz aramızdı, “Qarabağ” “Ferentsvaroş”dan nədə üstündü? Büdcəsinə, marka dəyərinə, oyunçuların səviyyəsinə, yarışdığı çempionatın gücünə, yoxsa nəyə görə üstündü? Təbii ki, heç bir ağlabatan dəlil yoxdu. Hə, 2022-ci ilin avqustundan qalan xoş xatirələrimiz, qələbə sevincimiz var. Onda evdə 1:1 ilə kifayətlənən Azərbaycan çempionu səfərdə Çerçesovun “Ferentsvaroş”unu dizini yerə qoymaqla Avropanı heyrətləndirmişdi. Onda “Qarabağ” daha güclü idi, amma Macarıstan çempionunu devirmək şansı aşağı dəyərləndirilirdi. İndi komanda üç il əvvəlkindən zəifdi, ancaq ondan uğur gözləyənlərin sayı daha çoxdu. Qəribədi, deyilmi? Əlbəttə, bu sualı verənlər də tapılacaq: nəyə əsasən o “Qarabağ”ın indikindən güclü olduğunu düşünürsən? Onda Kadi ilə Zubirin parlaq dönəmi idi, üstəlik Qurbanovun əlinin altında Ramil Şeydayev, İbrahima Vaci və Ovusu Kvabena var idi. Təkcə elə adları indikilərlə müqayisə etmək kifayətdi.

Amma mən yenə də təslimçi əhval-ruhiyyədə olmağın tərəfdarı deyiləm. “Ferentsvaroş”u keçmək üçün 30-40 faiz şansımız varsa, bundan da yararlanmaq lazımdı. Budapeştdəki oyun üçün minimum vəzifə uduzmamaq və ya ən pis halda minimal fərqlə qayıtmaqdı. Evdə - 30 min azarkeşin önündə macarların işini bitirmək olar. Ona görə ki, evdə divarlar da kömək edir.

Hə, yazının sonuna gəlib çatmışıqsa, mən də “Qarabağ”a “Ferentsvaroş”u ud” deyənlərin sırasına qoşula bilərəm. Amma bu tələb yox, xahişdi. “Qarabağ” Azərbaycan futbol ictimaiyyəti üçün 8 illik fasilədən sonra ÇL-in əsas mərhələsində yer almaq çox önəmlidi. Uda bilirsənsə, ud da! Bacarırsansa, ud da! İstəyirsən, xahiş kimi qəbul et, istəyirsən, tələb kimi: amma ud da, ud!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Aktual / Avrokuboklar

19-08-2025, 15:0

Favorit "Ferentsvaroş"du deyirlər... - "Qarabağ"ın qələbəsi dördqat qazandıracaq!

Ölkə futbolu

27-06-2023, 16:0

"Qarabağ" - "Ferentsvaroş" görüşü canlı yayınlanacaq

Çempionlar Liqası

3-08-2022, 23:0

"Qarabağ"ın "Ferentsvaroş"la heç-heçəsi - VİDEO

Çempionlar Liqası

11-08-2022, 10:0

"Qarabağ”ı “Ferentsvaroş”dan üstün hesab etmək olmaz" - Rus mütəxəssis

Çempionlar Liqası

9-08-2022, 12:0

"Oyunda diqqətli olmaq lazımdı" - "Ferentsvaroş"un sabiq futbolçusu

Manşet / Avrokuboklar

5-08-2025, 18:0

Onlar birlikdə 102 milyon avro, “Qarabağ” tək 25 milyon…

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:17
    1-сi yeri Kanada, yoxsa İsveçrə tutacaq? - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 251
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 208
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə