"Qarabağ" Avstriya toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Bu qarşılaşmanı canlı olaraq izləmək mümkün olacaq. Belə ki, oyun "Qarabağ"ın "YouTube" kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, "Leerberg Arena"da baş tutacaq "Qarabağ" - "Ferentsvaroş" matçı Bakı vaxtilə saat 20.00-da start götürəcək.