Tahir Gözəl də Budapeştə getdi

18.08.2025 17:28 13
Ölkə futbolu
“Qarabağ” bu gün Macarıstana yola düşüb.

"Football-plus.az" xəbər verir ki, klubun prezidenti, iş adamı Tahir Gözəl də komandayla birgə çarter reysi ilə Budapeştə səfərə gedib.

Xatırladaq ki, “Qarabağ” sabah Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında “Ferentsvaroş”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.