"Qarabağ" Skopyedən qələbəylə qayıdır - YENİLƏNİB

5.08.2025 23:56 30
Manşet / Çempionlar Liqası
“Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu baş tutub.

"Football-plus.az" xəbər verir ki, görüş Skopyedə, Toşe Proeskinin adını daşıyan stadionda keçirilib.

"Qarabağ" bu matçda 1:0 hesabıyla qalib gəlib. Qələbə qolunun müəllifi penalti zərbəsini dəqiq yerinə yetirən Toral Bayramov olub.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyun
Şkendiya (Şimali Makedoniya) – Qarabağ 0:1

Toral Bayramov, 18-p.
Hakimlər: İVAN KRUZLİAK, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç (hamısı Slovakiya).
VAR hakimi: Mixal Oçenaş (Slovaliya).
VAR hakiminin köməkçisi: Boris Marhefka (Slovakiya).
5 avqust. Skopye, “Todor Proeski” stadionu.

Xatırladaq ki, cavab matçı avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.