“Araz-Naxçıvan”: 4-cü uğurlu debütant!

2.08.2025 16:09 29
Aktual / Avrokuboklar
“Araz-Naxçıvan” Azərbaycanın avrokuboklardakı 22-ci təmsilçisidi.

“Qırmızı-ağlar” debütdə güclü “Aris”i mübarizədən kənarlaşdırmaqla həm ölkəmizi, həm də futbol Avropasını təəccübləndirdi. Bəs indiyə qədər debütdə mərhələ adlamağı hansı klublarımız bacarıb. Belələrinin sayı o qədər də çox deyil.

2004/05. Xəzər Universiteti – Kazino Bregents (Avstriya) 3:0 (+:-), 2:1

2017/18. Zirə - Differdanj (Lüksemburq) 2:0, 2:1

2023/24. Sabah – RFŞ (Latviya) 2:0, 2:1

2025/26. Araz-Naxçıvan – Aris (Yunanıstan) 2:1, 2:2

“Xəzər Universiteti”nin də texniki qələbə sayəsində mərhələ adladığını nəzərə alsaq, “Araz-Naxçıvan” yaşıl meydanda bunu bacaran üçüncü komandadı. Davamı gəlsin!

ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul