"Kəpəz"dən Ehtiram Şahverdiyev qərarı - rəsmi

12.07.2025 15:24 26
Ölkə futbolu
"Kəpəz" futbolçusu Ehtiram Şahverdiyev ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son iki mövsümdə "Kəpəz"də çıxış edən futbolçu ilə birillik anlaşma imzalanıb.

Müdafiəçi mövqeyində oynayan Şahverdiyev 2024/25 mövsümündə "Kəpəz"in heyətində 35 oyun keçirib. Ehtiram 2023/24 mövsümündə isə 31 matça çıxaraq iki qol vurub.