Ozancanın komandası heç-heçə etdi

20.07.2025 16:35 6
Dünya futbolu
Ozancan Kökçünün formasını geydiyi "Volendam" yay təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda “Norviç” (İngiltərə) ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Kökçü də bu görüşdə iştirak edib. O, meydana start heyətində daxil olub və 80-cı dəqiqədə əvəzlənib.

Xatırladaq ki, "Volendam" növbəti mövsümdən Niderlandın əsas liqasında mübarizə aparacaq. Ozancan mayın 27-də bu klubla "1+1" illik müqavilə imzalayıb.