“Araz-Naxçıvan”ın rəqibindən növbəti transfer

12.07.2025 01:12 6
Dünya futbolu
Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, Saloniki təmsilçisi Finlandiya millisinin üzvü Frederik Yenseni transfer edib.

27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.