Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası"nın yeni baş məşqçisinin adı açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, komanda Emin Əbilova həvalə edilib. Onunla 2025/26 mövsümü üçün müqavilə imzalanıb. Əbilov ötən mövsüm Bakı təmsilçisində köməkçi məşqçi postunda çalışıb.
Qeyd edək ki, yeni baş məşqçi "Azərreyl" və millimizdə də işləyib.
"Milli Aviasiya Akademiyası"nın yeni baş məşqçisi məlum oldu
İdman




