Bir Almaniya klubundan digərinə

3.07.2025 04:00
Dünya futbolu
“Borussiya” qapı xəttini gücləndirib.

Dortmund klubu “Bohum”dan Patrik Drevesi transfer edib. Klubun mətbuat xidmətinin məlumatına görə, 32 yaşlı qolkiperlə müddəti 2027-ci ilin yayına kimi razılaşdırılan müqavilə imzalanıb.

Patrik ötən mövsüm “Bohum”un heyətində 22 oyuna çıxıb və 47 qol buraxıb.