İyunun 17 və 18-də İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimlərində ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların – “Qarabağ”, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”ın rəqibləri bəlli oldu.
Komandalar 17-də birinci, 18-də isə ikinci təsnifat mərhələsindəki rəqiblərini tanıdı.
Maraq üçün xatırladaq ki, yalnız “Qarabağ” “səpələnmişlər” sırasında yer almışdı. Bu o deməkdi ki, yalnız “köhlən atlar” reytinqi özündən aşağı olan rəqiblərlə qarşılaşacaqdı. Qalan komandalarımızı çətin rəqiblər gözləyirdi ki, belə də oldu. Yalnız ölkə kubokunu qazanmaqla Avropa Liqasında çıxış etmək hüququ qazanan “Sabah” yarışa 1-ci təsnifat mərhələsindən başlayacaq. Odu ki, əvvəlcə “bayquşlar” üçün həyəcan yaşadıq. Məlum oldu ki, “Sabah” Sloveniya “Selye”si ilə qarşılaşacaq.
Avrokubokların 2-ci təsnifat mərhələsi üçün isə bütün təmsilçilərimizin rəqibləri bəlli oldu. Beləliklə, “Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi “Şelburn” (İrlandiya)/“Lindilf” (Şimali İrlandiya) cütünün qalibi olacaq. “Sabah” “Selye” səddini keçsə, AEK (Cənubi Kipr)/“Partizan” (Serbiya) cütünün, keçə bilməsə, artıq Konfrans Liqasında “Birkirkara” (Malta)/“Petrokub” (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək. Konfrans Liqasının 1-ci təsnifat mərhələsindən azad olan komandalarımızdan “Araz-Naxçıvan” Yunanıstan “Aris”iylə, “Zirə” isə Xorvatiya “Hayduk”uyla münasibətləri aydınlaşdıracaq.
İndi isə püşkün yekunları və başqa vacib detallarla tanış olun.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
Jalgiris (Litva) - Hamrun Spartans (Malta)
KuPS (Finlandiya) – Milsami (Moldova)
Nyu Seynts (Uels) - Şkendiya (Şimali Makedoniya)
İberiya (Gürcüstan) - Malmö (İsveç)
Levadiya (Tallin) – RFŞ (Latviya)
Drita (Kosovo) - Differdanj (Lüksemburq)
Vikinqur (Farer adaları) – Linkoln Red İmps (Cəbəllütariq)
Eqnatiya (Albaniya) - Breydablik (İslandiya)
Şelburn (İrlandiya) - Linfild (Şimali İrlandiya)
FKSB (Rumıniya) - İnter Eskaldes (Andorra)
Virtus (San Marino) – Zrinski (Bosniya və Hersoqovina)
Olimpiya (Sloveniya) - Kayrat (Qazaxıstan)
Noa (Ermənistan) - Buduçnost (Monteneqro)
Ludoqorets (Bolqarıstan) – Dinamo-Minsk (Belarus)
İlk oyunlar iyulun 8-9-da, cavab matçları 15-16-da keçiriləcək.
2-ci təsnifat mərhələsi
Brann (Norveç) - Zaltsburq (Avstriya)
Reyncers (Şotlandiya) - Panatinaikos (Yunanıstan)
Viktoriya (Plzen, Çexiya) - Servett (İsveçrə)
Riyeka (Xorvatiya) - Ludoqorets/Dinamo-Minsk cütünün qalibi
Vikinqur/Linkoln Red İmps cütünün qalibi - Srvena Zvezda (Serbiya) cütünün qalibi
Pafos (Cənubi Kipr) - Makkabi (Təl-Əviv, İsrail)
Jalgiris/Hamrun Spartans cütünün qalibi – Dinamo (Ukrayna)
Levadiya/RFŞ cütünün qalibi - İberiya/Malmö cütünün qalibi
Noa/Buduçnost cütünün qalibi – Ferentsvaroş (Macarıstan)
Kopenhagen (Danimarka) - Drita/Differdanj cütünün qalibi
Lex (Polşa) - Eqnatiya/Breydablik cütünün qalibi
Şelburn/Linfild cütünün qalibi – QARABAĞ (AZƏRBAYCAN)
Nyu Seynts/Şkendiya cütünün qalibi - FKSB/İnter Eskaldes cütünün qalibi
Slovan (Slovakiya) - Virtus/Zrinski cütünün qalibi
KuPS/Milsami cütünün qalibi - Olimpiya/Kayrat cütünün qalibi
İlk matçlar iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da keçiriləcək. “Qarabağ” birinci oyunu səfərdə keçirəcək.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi
Şaxtyor (Ukrayna) - İlves (Finlandiya)
Şerif (Moldova) - Priştina (Kosovo)
Spartak (Slovakiya) – Həkken (İsveç)
SABAH (AZƏRBAYCAN) - Selye (Sloveniya)
Legiya (Polşa) – Aktobe (Qazaxıstan)
AEK (Cənubi Kipr) - Partizan (Serbiya)
Pakş (Macarıstan) - ÇFR (Rumıniya)
Levski (Bolqarıstan) – Hapoel (Beer Şeva, İsrail)
İlk oyunlar iyulun 10-da, cavab qarşılaşmaları 17-də keçiriləcək. “Sabah”ın ilk oyunu evdə baş tutacaq.
2-ci təsnifat mərhələsi
Beşiktaş (Türkiyə) - Şaxtyor/İlves cütünün qalibi
Anderlext (Belçika) - Spartak/Həkken cütünün qalibi
Levski/Hapoel (BŞ) cütünün qalibi - Braqa (Portuqaliya)
Luqano (İsveçrə) - Pakş/ÇFR cütünün qalibi
SABAH/SELYE cütünün qalibi - AEK/Partizan cütünün qalibi
Banik (Çexiya) - Legiya/Aktobe cütünün qalibi
Şerif/Priştina cütünün qalibi - Utrext (Niderland)
Midtüllann (Danimarka) - Hibernian (Şotlandiya)
İlk oyunlar iyulun 24-də, cavab görüşləri 31-də keçiriləcək. “Sabah” bu mərhələyə vəsiqə qazansa, ilk oyunu evdə olacaq.
Konfrans Liqası
1-ci təsnifat mərhələsi
Sutyeska (Monteneqro) – Dinamo-Brest (Belarus)
Urartu (Ermənistan) - Neman (Belarus)
Torpedo (Gürcüstan) - Ordabası (Qazaxıstan)
Torpedo-BelAZ (Belarus) - Rabotniçki (Şimali Makedoniya)
Tre Fiori (San Marino) - Pünik (Ermənistan)
Yunion (Lüksemburq) - Dila (Gürcüstan)
Sent Patriks (İrlandiya) - Hegelmann (Litva)
Vlazniya (Albaniya) - Dauqavpils (Latviya)
Meqpays (Cəbəllütariq) - Payde (Estoniya)
Runavik (Farer adaları) - HİK (Finlandiya)
Deçiç (Monteneqro) - Sileks (Şimali Makedoniya)
Birkirkara (Malta) - Petrokub (Moldova)
Fiorita (San Marino) - Vardar (Şimali Makedoniya)
Atletik Eskaldes (Andorra) – F-91 Düdelanj (Lüksemburq)
Jelezniçar (Bosniya və Hersoqovina) - Koper (Sloveniya)
Larn (Şimali İrlandiya) – Auda (Latviya)
Kauno Jalgiris (Litva) - Penibont (Uels)
Valyur (İslandiya) - Flora (Estoniya)
Seynyayoki (Finlandiya) - Klaksvik (Farer adaları)
Floriana (Malta) - Haverfordvest (Uels)
Sent Cozef (Cəbəllütariq) - Kliftonvill (Şimali İrlandiya)
Malişevo (Kosovo) - Vikinqur (İslandiya)
Nımme Kalyu (Estoniya) - Partizani (Albaniya)
Borats (Bosniya və Hersoqovina) - Santa Koloma (Andorra)
İlk oyunlar iyulun 10-da, cavab görüşləri 17-də keçiriləcək.
2-ci təsnifat mərhələsi
Levadiya/RFŞ cütünün məğlubu - İberiya/Malmö cütünün məğlubu
Jalgiris/Hamrun Spartans cütünün məğlubu - Şelburn/Linfild cütünün məğlubu
Nyu Seynts/Şkendiya cütünün məğlubu – Drita/Differdanj cütünün məğlubu
Olimpiya/Kayrat cütünün məğlubu – FKSB/İnter Eskaldes cütünün məğlubu
Noa/Buduçnost cütünün məğlubu - KuPS/Milsami cütünün məğlubu
Ludoqorets/Dinamo-Minsk cütünün məğlubu - Eqnatiya/Breydablik cütünün məğlubu
Dandi Yunayted (Şotlandiya) - UNA (Lüksemburq)
Atletik Eskaldes/F-91 Düdelanj cütünün qalibi - Dinamo Siti (Albaniya)
Rusenborq (Norveç) - Banqa (Litva)
Silkeborq (Danimarka) - Akureyri (İslandiya)
Vaduts (Lixtenşteyn) - Danqannon Svifts (Şimali İrlandiya)
DAK 1904 (Slovakiya) - Urartu/Neman cütünün qalibi
Larn/Auda cütünün qalibi - Şerif/Priştina cütünün məğlubu
Riqa (Latviya) - Yunion/Dila cütünün qalibi
Tre Fiori/Pünik cütünün qalibi - Dyor (Macarıstan)
AEK (Yunanıstan) - Levski/Hapoel (BŞ) cütünün məğlubu
Vikinq (Norveç) - Jelezniçar/Koper cütünün qalibi
Ballkani (Kosovo) - Floriana/Haverfordvest cütünün qalibi
Avstriya (Avstriya) - Spaeri (Gürcüstan)
Kauno Jalgiris/Penibont cütünün qalibi - Valyur/Flora cütünün qalibi
Varajdin (Xorvatiya) - Santa Klara (Portuqaliya)
Ararat (Ermənistan) – Universitatya Kluj (Rumıniya)
Birkirkara/Petrokub cütünün qalibi – SABAH/SELYE cütünün məğlubu
Rakuv (Polşa) - Jilina (Slovakiya)
Sutjeska/Dinamo cütünün qalibi - Beytar (İsrail)
Çerno More (Bolqarıstan) - İstanbul BŞ (Türkiyə)
Omoniya (Cənubi Kipr) - Torpedo/Ordabası cütünün qalibi
ARAZ-NAXÇIVAN (AZƏRBAYCAN) - Aris (Yunanıstan)
Torpedo-BelAZ/Rabotniçki cütünün qalibi – Makkabi (Hayfa, İsrail)
Zimbru (Moldova) - Astana (Qazaxıstan)
Deçiç/Sileks cütünün qalibi - Rapid (Avstriya)
Legiya/Aktobe cütünün məğlubu - Sparta (Çexiya)
Arda (Bolqarıstan) - Runavik/HİK cütünün qalibi
ZİRƏ (AZƏRBAYCAN) – Hayduk (Xorvatiya)
Şaxtyor/İlves cütünün məğlubu - Alkmaar (Niderland)
Sent Cozefs/Cliftonville cütünün qalibi - Şemrok Rovers (İrlandiya)
Aris (Cənubi Kipr) - Puşkaş Akademiya (Macarıstan)
Sarayevo (Bosniya və Hersoqovina) - Universitatya Krayova (Rumıniya)
AİK (İsveç) - Meqpays/Payde cütünün qalibi
Sent Patriks/Hegelmann cütünün qalibi - Nımme Kalju/Partizani cütünün qalibi
Hibernians (Malta) – Spartak/Həkken cütünün məğlubu
Aleksandriya (Ukrayna) - AEK/Partizan cütünün məğlubu
HB Torshavn (Farer adaları) - Brondbü (Danimarka)
Fiorita/Vardar cütünün qalibi – Lozanna (İsveçrə)
Polesye (Ukrayna) - Borats/Santa Koloma cütünün qalibi
Novi Pazar (Serbiya) - Yagelloniya (Polşa)
Radnicki (Serbiya) - Seynyayoki/Klaksvik cütünün qalibi
Hammarbü (İsveç) - Şarlerua (Belçika)
Vlazniya/Dauqavpils cütünün qalibi - Malişevo/Vikinqur cütünün qalibi
Pakş/ÇFR cütünün məğlubu - Maribor (Sloveniya)
İlk oyunlar iyulun 24-ü, cavab matçları 31-də keçiriləcək. “Sabah” Konfrans Liqasına düşsə, ilk oyununu səfərdə keçirəcək. “Zirə” və “Araz-Naxçıvan” isə ilk oyunda evdə, cavab görüşündə səfərdə meydana çıxacaq. Ancaq “qartallar”ın ev matçı bir gün tez - iyulun 23-də “Neftçi Arena”da (8-ci km stadionu) olacaq. UEFA bu qərarı Azərbaycanın bütün klublarının ev oyunlarını paytaxtda keçirəcəyinə görə qəbul edib.
Reaksiyalar
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi):