Əfqan Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

12.06.2025 03:23 10
İdman
İyunun 13-14-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Yarışda Gürcüstan və Tacikistandan olan idmançıların da iştirakı nəzərdə tutulub.