"Şamaxı"da növbəti müqavilə

3.06.2025 20:59 17
Ölkə futbolu
"Şamaxı" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, qapıçı Abdulla Seydəhmədovla yeni müqavilə imzalanıb. Qolkiper növbəti mövsümü də bölgə təmsilçisində keçirəcək.

Abdulla 2023-cü ilin iyun ayından "Şamaxı"da çıxış edir.

Xatırladaq ki, "şirlər" buna qədər Rikardo Fernandes və Alfons Msanqa ilə də müqaviləni yeniləyib.