Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan millimizin üzvlərini qəbul edib.
"Football-plus.az" xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Xatırladaq ki, Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.