Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçilığı ilə 13 yaşadək stolüstü tennisçilərin ölkə birinciliyinə yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən Sofiya Trofimenko və Vaqif Babayev şəxsi yarışlarda birinci olublar.
Qoşa mübarizədə Yasəmən Həbibova-Mehin Mirzəbalayeva və Vaqif Babayev-Zərbah Muradov tandemi baş mükafata layiq görülüb.
Qarışıq-qoşa yarışlardan isə Həzrət Kamilov ilə Xədicə Babazadə qalib ayrılıb.
Qeyd edək ki, budəfəki ölkə birinciliyinə müxtəlif şəhər və rayonların 100-ədək idmançısı qatılıb.