Mayın 20-21-də futbol üzrə ölkə çempionatının 2-ci liqasında 26-cı turun oyunları keçirildi. Bununla da mövsüm başa çatdı. Son oyunda səfərdə “Dinamo” ilə heç-heçə edən “Şahdağ Qusar” mövsümü məğlubiyyətsiz bitirdi.
“Qusar”ın qapısından 9 cavabsız top keçirən “Şəfa” və son turda “Göygöl”ü məğlub edən “Şimal” da 1-ci liqaya yüksəldi. “Hypers Quba” ilə “Şəmkir”in də son turla bağlı hədəfi vardı. Bu komandaların hər biri 4-cü yeri tutmaqla gələn mövsüm 1-ci liqada oynamağa imkan verən pley-off oyununa çıxmaq istəyirdi.
Həm qubalılar, həm də şəmkirlilər iki qol vurdu, bununla da turnir cədvəlindəki sıralama dəyişmədi.