Şəkidə keçiriləcək "Sheki Open" beynəlxalq şahmat festivalında yeddi ölkədən şahmatçılar iştirak edəcək.
"Football-plus.az" xəbər verir ki, yerli şahmatçılarla yanaşı, Hindistan, Rusiya, Özbəkistan, Türkiyə, Qazaxıstan və Ukrayna təmsilçiləri də turnirə qatılacaqlar.
Ümumilikdə festival üçün 208 şahmatçı qeydiyyatdan keçib. Onlardan 42-si A turnirində, 162-si isə B yarışında çıxış edəcək.
A turnirinin reytinq favoriti azərbaycanlı qrossmeyster Eltac Səfərlidi. Siyahıda ikinci yerdə digər həmyerlimiz Əhməd Əhmədzadə, üçüncü yerdə isə ukraynalı Vitaliy Bernadski qərarlaşıb.
Qeyd edək ki, iyunun 18-25-də keçiriləcək "Sheki Open" Azərbaycan Şahmat Federasiyası tərəfindən təşəbbüs göstərilən "Chess Tour Azerbaijan" seriyasının bir mərhələsidi.