• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Turan Tovuz" 4-cü pilləni Sumqayıtda təmin etdi - REPORTAJ

Ölkə futbolu / Reportaj

23-05-2025, 13:0

Sumqayıt - Turan Tovuz 0:1 (0:1)
36. Xəyal Fərzullayev - 6,0
14. Elvin Bədəlov (k) - 5,5
(24. Sənan Muradlı, 73) - 5,0
2. Sərtan Taşkın - 5,5
17. Murad Xaçayev - 5,0
8. Səbuhi Abdullazadə - 5,5
21. Nihat Əhmədzadə - 5,5
(37. Nihad Orucəli, 90+1) - qiymətsiz
75. Nadir Orucov - 5,5
19. Roy Kehat - 5,0
(77. Cəsurbek Cəloliddinov, 73) - 5,0
12. Giorgi Karaişvili - 5,0
23. Ronaldo Vaskes - 5,5
(60. Tresor Mossi, 80) - qiymətsiz
9. Bobir Abdixolikov - 5,5
(99. Silvanus Nimeli, 73) - 5,0
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
56. Aftandil Arixov
7. Rövlan Muradov
30. Kamran Quliyev
64. Kənan Feyziev
97. Vüsal Paşayev
11. Momo Yansane
Məşqçi: Şahin Abdullayev
Komandanın ən yaxşısı: Xəyal Fərzullayev

41. Sergey Samok - 5,5
17. Rəhim Sadıxov - 5,0
88. Faiq Hacıyev - 5,5
11. Ayxan Hüseynov - 5,5
7. İsmayıl Zülfüqarlı - 5,5
9. Kristian da Silva - 5,5
23. Alexandro Serrano - 5,5
15. Emmanuel Hakman (k) - 6,5
32. Hayderson Urtado - 6,0
40. Kauan Martins - 5,0
(5. Roderik Miller, 88) - qiymətsiz
21. Aleks Souza - 5,5
(19. Orxan Əliyev, 86) - qiymətsiz
Ehtiyat oyunçular
1. İvan Konovalov
71. Mehman Hacıyev
10. Xəyal Nəcəfov
8. Tural Bayramlı
13. Fərid Yusifli
77. Veysəl Rzayev
30. Mircamal Əlizadə
6. Araş Qaderi
29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Emmanuel Hakman

Qol: E.Hakman, 30 (H.Urtado).
Vərəqələr: R.Kehat, 45+2 (qeyri-idman hərəkəti). K.Martins, 67 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov (hamısı Bakı).
VAR hakimi: Fərid Hacıyev (Bakı).
VAR hakiminin köməkçisi: Akif Əmirəli (Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Zümrüd Ağayeva (Bakı).
17 may. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 3500 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Ardıcıl 7 oyunda qələbəyə həsrət qalan "Sumqayıt" mövsümün son ev matçında tilsimi qırmalı, küskün azarkeşlərinin qəlbinə yol tapmalı, son 10 görüşün cəmi birində qələbə sevinci yaşayan "Turan Tovuz" isə səfərdən 3 xalla qayıtmalı, bununla azı 4-cü pillədəki yerini möhkəmlətməliydi. 3-cü yerlə bağlı hədəf isə parallel keçirilən "Şamaxı" - "Araz-Naxçıvan" qarşılaşmasının nəticəsindən asılı idi. "Qırmızı-ağlar" həmin oyunda uduzsaydı, tovuzlular bu yöndə ümidlərini sonuncu - 36-cı tura daşıyacaqdı.

Komandaların mövcud durumunu nəzərə alsaq, təbii ki, favorit "Turan Tovuz" idi. Bölgə təmsilçisi bu baxımdan statusunu doğrultdu. Ancaq yenicə baş məşqçisi Vaqif Cavadovla yollarını ayıran "kimyaçılar"ın da aciz oyun göstərmədiyini etiraf etməliyik. Hətta meydan sahiblərinin erkən qola sevinmək şansı da var idi. Sadəcə, 5-ci dəqiqədə Ronaldo təxminən 30 metrdən qeyri-dəqiq zərbəylə yadda qaldı.

Növbəti təhlükəli vəziyyəti də daha dinamik təsir bağışlayan meydan sahiblərinin ifasında izlədik. 16-cı dəqiqədə Kehat Muradın qapıya paralel ötürməsini başla dəyərləndirmək eşqinə düşsə də, topa toxuna bilmədi. Çox keçmədən Ronaldo ikinci dəfə komandasını məyus etdi. Dominikanlının bu cəhdi də qeyri-dəqiqliyin qurbanı oldu. "Turan Tovuz" varlığını ilk dəfə 19-cu dəqiqədə xatırlatdı. Rəhim İsmayılın ötürməsi sayəsində fərqlənə bilərdi ki, top qapıdan aralı keçdi. Hesabı açmaqda israrlı görünən "bozqurd"u üzən növbəti məqam isə Xəyalın çevikliyi oldu. 19 yaşlı qapıçı Ayxanın "çərçivə"yə yönəltdiyi zərbəni dəf etdi. Hər halda, meydan sahibləri qonaqların fərqlənməsinə mane ola bilmədi.

Faiqin 30-cu dəqiqədə yerinə yetirdiyi künc zərbəsindən sonra cərimə meydançasında ciddi qarışıqlıq yarandı. Əvvəlcə Urtadonun başla zərbəsi Souzaya tuş gəldi. Belədə irəli atılan Urtado topu daha əlverişli mövqedə yer alan Hakmana çatdırdı və sonuncu hesabı açdı. Tovuzluların fasiləyə qədər fərqi artırmaq şansı da var idi. Amma 37-ci dəqiqədə Xəyalla təkbətək mübarizədən məğlub ayrılan Souza imkanı əldən verdi.

İkinci hissə "bozqurd"un fərqi artırmaq cəhdiylə start götürdü. Komandalar meydana yenicə qayıtmışdı ki, Silvanın qeyri-dəqiq zərbəsini izlədik. 54-cü dəqiqədə Samok Nihatın cərimə meydançasının həndəvərindən endirdiyi zərbə sayəsində fərqlənmək arzusunu puç etdi. Bir qədər sonra Xəyal Ayxanın yaxın məsafədən qol vurmasına imkan vermədi. Halbuki tovuzluların "11 nömrə"si Elvinin başını gicəlləndirərək baxımlı zərbə ilə yadda qalmışdı.

"Sumqayıt"ın azı bir xal üçün ümidləri 82-ci dəqiqədə puç oldu desək, yanılmarıq. Ona görə ki, Səbuhi yaxın məsafədən qol vurmaq istəyini reallaşdıra bilmədi. Beləliklə, "Turan Tovuz" minimal qələbə sayəsində 4-cü yeri təmin etdi. Ancaq bu hələ avrokuboklara yollanmaq anlamına gəlmir. Kurban Berdıyevin və komandasının xəyalları yalnız "Qarabağ" ölkə kubokunu başı üzərində qaldıracağı halda gerçəkləşəcək.

Gözdən qaçmadı
// Matçdan əvvəl "Sumqayıt"ın kapitanı Vüqar Mustafayevin karyerasını başa vurması münasibəti ilə tədbir keçirildi. Futbolçuların yaratdığı dəhlizdən övladlarıyla keçən yarımmüdafiəçiyə klub prezidenti Riad Rəfiyev xatirə plaketi təqdim etdi. Ardından Elvin Bədəlovla Murad Xaçayev ona xüsusi hədiyyələr verdi. Vüqar qarşılaşmada topa ilk toxunuşu etdikdən sonra meydanı tərk etdi. Xatırladaq ki, 34-cü turda keçirilən "Kəpəz" - "Sumqayıt" matçında birbaşa qırmızı vərəqə alan futbolçu AFFA İntizam Komitəsi tərəfindən ikisi şərti olmaqla 4 oyun cəzalandırıldığına görə sonuncu matçını keçirdiyinin fərqində olmadan hələ Tovuzda meydançayla vidalaşmışdı... Bu arada azarkeşlər onun şərəfinə "Yerin həmişə qəlbimizdə qalacaq, kapitan, Sumqayıt səni unutmayacaq" pankartı açmışdı.
// "UltraSumqayıt", "Kimyaçılar", "The Hunans" və "Ultras Turan" fanklubları stadionda idi. Həmçinin "Sumqayıt" stadiona girişi pulsuz etmişdi. Tribunalarda 3500 azarkeşin əyləşməsi bu jestin bəhrəsi idi, yoxsa tərəfdarlar sonuncu ev matçında komandanı tək qoymaq istəmədi? Bu sualın cavabını tapmaq çətindi. O bəllidi ki, "Mehdi Hüseynzadə"yə sonuncu dəfə 3500-dən çox tamaşaçı 14-cü turda "Şamaxı" ilə matçda (4500) gəlmişdi.
// "Sumqayıt" akademiyasının yetirməsi Nihad Orucəli premyer-liqada debüt etdi. 

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

17-05-2025, 16:0

"Sumqayıt" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Ölkə futbolu

16-03-2025, 18:0

"Turan Tovuz" - "Sumqayıt": START HEYƏTLƏRİ

Premyer-liqa

11-08-2024, 17:0

“Turan Tovuz” - “Sumqayıt”: START HEYƏTLƏRİ

Premyer-liqa

2-12-2023, 18:0

"Turan Tovuz" - "Sumqayıt": START HEYƏTLƏRİ

Ölkə futbolu

28-04-2025, 18:0

"Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ

Premyer-liqa

26-10-2024, 18:0

"Səbail" - "Sumqayıt": START HEYƏTLƏRİ

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Dünən, 23:51
    Dünya çempionatını buraxacaq
  • Dünən, 23:38
    Klubuna 40 yaşında da gərək oldu
  • Dünən, 23:02
    Yeni kapitan oldu
  • Dünən, 22:20
    Vlahoviç hara gedir?
  • Dünən, 21:59
    Levandovskini “Barsa”da kim əvəz edəcək?
  • Dünən, 21:30
    “Məktəbli Kuboku”nun final oyunları keçiriləcək
  • Dünən, 20:52
    "Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi" - Ayxan Abbasov
  • Dünən, 20:21
    "Qəbələ" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
  • Dünən, 19:58
    Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
  • Dünən, 19:26
    Daha bir güləşçimiz "qızıl" qazandı - AÇ
  • Dünən, 18:51
    Milli komandada yeni təyinat
  • Dünən, 18:20
    "Neftçi" ölkə kubokunun qalibi oldu
  • Dünən, 17:59
    Seyxan Fərəcov mükafatlandırıldı
  • Dünən, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 16:59
    “Transfer pəncərələri”nin vaxtı məlum oldu
  • Dünən, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Dünən, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Dünən, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Dünən, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Dünən, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Dünən, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Dünən, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Dünən, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Dünən, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Dünən, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Dünən, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Dünən, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Dünən, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Dünən, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Dünən, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Dünən, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Dünən, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • 20-05-2026, 23:0
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • 20-05-2026, 23:0
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • 20-05-2026, 22:0
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 228
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 191
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Oxunub: 183
Emin Mahmudov “Neftçi”dən gedir?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə