Marandiçi həkim-fizioterpevtlərin nəzarəti altındadı

19.05.2025 22:34 42
Aktual / Ölkə futbolu
[/b]“Turan Tovuz”un müdafiəçisi Denis Marandiçinin ötən ay Azərbaycan gəldiyini xəbər vermişdik.

Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev “Football-plus.az”a son açıqlamasında futbolçunun yüngül məşqlərə başladığını söyləmişdi. Görəsən, moldovalı futbolçu klubun düşərgəsindədimi? “Turan Tovuz”un həkimləri ona baxdımı? Bu sualları Süleyman bəyə ünvanladıq:

“20 günə yaxındı bərpanın son mərhələsini keçir. Həkim-fizioterpevtlərin nəzarəti altındadı. Növbəti mövsümə tam hazır olacaq”.


[b]ƏSƏD SEYİDOV