“Bavariya”nı tərk edə bilər

18.05.2025 15:16 6
Dünya futbolu
Leroy Sane klubunu bu yay tərk edə bilər.

O, “Bavariya”nın yeni müqavilə təklifini qəbul etməyib. “Sky Sports”un məlumatına görə, Münhen klubu hazırda ildə 20 milyon avro qazanan 29 yaşlı futbolçuya 10 milyon maaş və əlavə olaraq 5,5 milyon bonus olmaqla birillik müqavilə təklif edib. Klub onun üçün həftəsonuna qədər son tarix təyin edib.

Sane isə rəhbərliyin yeni təklifinə məhəl qoymaq fikrində deyil. O, fikrini dəyişməsə, yayda azad agent kimi istənilən kluba keçə bilər.

Leroy bu mövsüm bundesliqada meydana çıxdığı 29 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul