Kamal Umudluya UEFA-dan təyinat

16.05.2025 17:35 7
Ölkə futbolu
FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim olacaq.

Qeyd edək ki, Avropa çempionatı mayın 19-dan iyunun 1-dək 8 komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək.