Xatırlayırsızsa, qış fasiləsi dönəmində Qurban Qurbanov “Zirə” ilə yoldaşlıq matçında Amin Rzayevlə bərabər Davud Mənsumova da şans vermişdi. Lakin sonradan Davudu rəsmi oyunlarda görmədik.
Yeri gəlmişkən, “köhlən atlar”ən çalışdırıcısı Qurban Qurbanov həmin vaxt Davudun perspektivli futbolçu olduğunu bildirmişdi. Bəs sonradan ona niyə güvənilmədi? Amin Rzayev yeni Davud Mənsumov olmayacaqmı? Bu sualları “Qarabağ” Futbol Akademiyasının əlaqələndiricisi Aftandil Hacıyevə ünvanladıq:
“Aminlə bağlı fikirlərim pozitivdi. Onu meydanda gördük, sevindik. Üzərində çalışsa, əsas milliyə qədər yüksələ bilər. Davud isə zədəlidi. Hazırda müalicə alır”.
ƏSƏD SEYİDOV






