"Fədakarlığına görə Mahirə təşəkkür edirik"

7.05.2025 09:55 5
Dünya futbolu
"Nürnberq"in idman direktoru Yoti Çatzialexio Mahir Emrelinin mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı danışıb.

"Football-plus.az" xəbər verir ki, o 28 yaşlı hücumçu ilə müqavilənin uzadılmaması ilə bağlı razılığa gəlmələri haqda deyib:
"Müqaviləsi başa çatacaq oyunçularla bağlı mümkün qədər tez bir qərara gəlmək bizim üçün vacibdi. Mahirlə birlikdə yaydan sonra münasibətlərimizi davam etdirməməyə razılaşdıq. Mahirə bu mövsüm göstərdiyi səylərə, xüsusən də onun fədakarlığına görə təşəkkür etmək istərdik. Ona ən yaxşısını arzulayırıq".

Qeyd edək ki, Mahir ötən ilin yayında "Nürnberq"ə keçib. O, cari mövsüm Almaniya təmsilçisinin heyətində bütün turnirlərdə 23 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul