Parisdən Mançesterə yollanacaq

2.05.2025 10:58 12
Dünya futbolu
“Mançester Siti” bu il heyətinə daha bir oyunçu cəlb edəcək.

İnsayder Fabritsio Romanonun məlumatına görə, İngiltərə klubu PSJ-nin futbolçusu Mahamadu Sanqare ilə razılıq əldə edib. 18 yaşlı hücumçu tibbi müayinədən problemsiz keçəcəyi halda yeni klubunun akademiyasına qoşulacaq.

Sanqare bu mövsüm PSJ-nin U-23 komandasında 11 oyuna 10 qol vurub və 2 məhsuldar ötürmə edib.