Qonaqların müdafiəçisi Alan Dias 72-ci dəqiqədə həkimlərin köməyi ilə meydandan çıxarılmışdı. Onun durumuna aydınlıq gətirmək məqsədi ilə “Sumqayıt”ın mətbuat xidməti rəhbəri Zaur Xudiyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Bazar ertəsi komandanın istirahət günü idi. Çərşənbə axşamı komanda ilə tam məşq edib. Heç bir problemi yoxdu”.
ƏSƏD SEYİDOV






