2024/25 mövsümü ölkə kubokunda final oyununun vaxtı dəyişib.
"Football-plus.az" xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının məlumatında bildirilir.
Qeyd edilib ki, 21 may tarixindən etibarən Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək. Mötəbər yarışın final matçı 1 iyun tarixinə təsadüf edəcək.
Bununla əlaqədar olaraq Minifutbol Federasiyasının da Peşəkar Futbol Liqasına müraciəti nəzərə alınaraq Azərbaycan Kubokunun final matçının tarixinin dəyişdirilməsinə qərar verilib.
Ölkə kuboku çərçivəsində mövsümün son qarşılaşması 1 iyunda deyil, 31 may tarixində keçiriləcək.
Oyun öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19.00-da start götürəcək.