Yuqo Ekitikenin yayda iş yerini dəyişmək ehtimalı çoxdu.
"Football-plus.az" xəbər verir ki, o, “Ayntraxt”ı tərk edə bilər. Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, 22 yaşlı hücumçu bir neçə klubdan təklif alıb. İngiltərə klubları artıq onu yay transfer etmək üçün ilkin danışıqlara başlayıb.
Yuqo bu mövsüm “Ayntraxt”ın heyətində 43 oyun keçirib, 21 qol vurub və 9 məhsuldar ötürmə edib.