“Marsel”i darmadağın edən “knyazlar” turnir cədvəlində onlardan irəli keçdi. Səfərdə “Oser”i məğlub edən “Lion” da “ÇL zonası”na yüksəldi. Bu həm də “Srasbur”un “Nitsa” ilə oyunda xal itirməsi (2:2) üzündən mümkün oldu. Səfərdə “Tuluza”nın öhdəsindən gələn “Lill” 5-ci pilləyə yüksəldi. Turun qalan oyunlarına gəlincə, “Sent-Etyen” – “Brest” oyununda məhsuldar heç-heçə qeydə alındı, “Renn” səfərdə “Havr”ı darmadağın etdi. “Lans” – “Reyms”, “Anje” – “Monpelye” oyunlarında iki qol vuruldu. Sadəcə, birincidə qonaqlar, ikincidə meydan sahibləri 2:0 hesabıyla qalib gəldi.
29-cu tur
Monako – Marsel 3:0
Minamino, 34. Embolo, 59. Zakariya, 80-p. (13232)
Monako: Kyon, Vanderson, Kerer (Salisu, 88), Sinqo, Enrike, Akliuş, Zakariya, Kamara (Maqassa, 85), Minamino (Ben-Seqir, 70), Biret (Baloqan, 70), Embolo (İlenihena, 85).
Marsel: Rulyi, Murilyo, Kondoqbia, U.Qarsiya, Enrike, Ronjye, Heybyerq (Bennaser, 60), Merlen (Dediç, 60), Qrinvud (Arit, 85), Rabyo, Rou (Quiri, 60).
Lans – Reyms 0:2
Nakamura, 33; 88. (38157)
Tuluza – Lill 1:2
Kressuell, 42 – Fernandes-Pardo, 21. Bakker, 45+4. (25936)
Strasbur – Nitsa 2:2
Emeqha, 51. Amo-Ameyo, 54 – Bar, 38. Ndaişimay, 90+4. (19210)
Sent-Etyen – Brest 3:3
Stassen, 16. Kardona, 34; 80 – Ajork, 6; 37. Sima, 25. (32834)
Havr – Renn 1:5
Mvanqa, 42 – Matusiva, 1. Assinyon, 12. Kalimuendo, 15. Əl-Tamari, 57. Qomes, 89. (21582)
Anje – Monpelye 2:0
Lepol, 2; 43. (12547)
Oser – Lion 1:3
Sinayoko, 77. Mikautadze, 54-p. Şerki, 62. Lakazett, 84. (17511)
“Nant” – PSJ oyunu aprelin 22-də keçiriləcək.
1. PSJ 28 23 5 0 80-26 74
2. Monako 29 16 5 8 57-35 53
3. Marsel 29 16 4 9 57-41 52
4. Lion 29 15 6 8 57-39 51
5. Lill 29 14 8 7 44-31 50
6. Strasbur 29 14 8 7 48-37 50
7. Nitsa 29 13 9 7 54-37 48
8. Brest 29 13 5 11 47-46 44
9. Lans 29 12 6 11 32-32 42
10. Oser 29 10 8 11 40-42 38
11. Renn 29 11 2 16 43-39 35
12. Tuluza 29 9 7 13 38-38 34
13. Nant 28 7 9 12 33-47 30
14. Anje 29 8 6 15 28-46 30
15. Reyms 29 7 8 14 31-42 29
16. Havr 29 8 3 18 32-62 27
17. Sent-Etyen 29 6 6 17 31-67 24
18. Monpelye 29 4 3 22 21-66 15
Bombardirlər: Dembele (PSJ) – 21, Qrinvud (Marsel) – 16, Devid (Lill), Kalimuendo (Renn) – 14.
Turun rəqəmi
17 – Şerki “Lion”un cari mövsümdəki bu qədər qolunda yaxından iştirak edib (8 qol, 9 ötürmə). “Böyük beşlik” ölkələrində çıxış edən, 2003-cü ildə və sonra dünyay gələn futbolçulardan yalnız Virts (9 qol, 10 ötürmə) bu göstəricidə Şerkidən öndədi.
Turun ulduzu
Brel Embolo (Monako) – isveçrəli hücumçu qələbə yolunda əlindən gələni etdi. Onun bir neçə müdafiəçini işsiz qoyandan sonra vurduğu qolu görməyə dəyərdi. Elə 3-cü qolda da penaltini məhz Embolo qazandı.
Turun sitatı
Adi Hütter, “Monako”nun baş məşqçisi:
"Əla oyun göstərməklə vacib qələbə qazandıq. Kyon özünü əla göstərdi, dəfələrlə komandanı xilas etdi. İlk yarıda göstərdiyimiz oyundan tam məmnun deyildim. Ancaq 2-ci hissədə rəqib üzərində dominantlıq etdik, daha aqressiv oynadıq”.






