“Tovuza neytal meydan demək olmaz” – 0:6-ya belə haqq qazandırdı

18.04.2025 14:57 23
Ölkə futbolu / Aktual
Futbol üzrə ölkə çempionatının 2-ci liqasında 21-ci turun oyunları keçirilib. Turun son matçında “Şəmkir” Tovuz şəhər stadionunda “Kür-Araz”ı darmadağın edib (6:0). Əslində neytral meydanda keçirilən oyunda qeydə alınan acınacaqlı məğlubiyyətlə bağlı “Kür-Araz”ın prezidenti Mirheydər Səfiyevlə danışdıq:
“Tovuza neytral meydan demək olmaz, Şəmkirin qonşusudu. Azarkeşləri də fəal iştirak edirdilər. Əsas oyunçularımızdan bəziləri yox idi. İlk dövrədə “Şəmkir”in qapısına 6 top vurmuşduq. Bu dəfə də onlar güclü oldu. “Şəmkir” 2-ci dövrədə heyəti gücləndirib”.

Qeyd edək ki, 21 turdan sonra “Şəmkir” 38 xalla 4-cü, “Kür-Araz” 29 xalla 8-ci pillədə qərarlaşıb.

ƏSƏD SEYİDOV