Letiç premyer-liqada 100-cü oyununa çıxdı

7.04.2025 12:51 14
Ölkə futbolu
"Sabah"ın futbolçusu Boyan Letiç Misli premyer-liqasında yubiley oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, 32 yaşlı müdafiəçinin 100-cü matçı 29-cu tura təsadüf edib. Bu matçlara yalnız "Sabah"ın heyətində çıxan serbiyalı futbolçu 4 qola imza atıb. Onun debütü 2021/2022 mövsümündə gerçəkləşib. Letiç 2022-ci il fevralın 27-də, “Neftçi” ilə ev qarşılaşmasında (0:1) debüt edib.

Qeyd edək ki, müdafiəçinin yubiley oyununda komandası 0:1 hesabı ilə uduzub.