“Arsenal”da iki itki

5.04.2025 14:56 16
Dünya futbolu
Premyer-liqanın 30-cu turunda “Fulhem” üzərində qələbə (2:1) “Arsenal”a baha başa gəlib.

"Football-plus.az" xəbər verir ki, London klubunun iki oyunçusu sıradan çıxıb. Qabriel Jezus 16-cı, digər müdafiəçi Yurryen Timber 78-ci dəqiqədə meydanı tərk edib. Baş məşqçi Mikel Arteta onların durumuna geniş müayinələrdən sonra aydınlıq gələcəyini bildirib.

Qabriel bu mövsüm premyer-liqada 28 oyuna 3, Timber isə 27 oyuna 1 qol vurub.