Albaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçrilir.
"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin formasını geydiyi "Eqnatiya" öz meydanında "Partizani"ni qəbul edib və rəqibinə 0:1 hesabı ilə uduzub.
Qonaqların yeganə qolunu 85-ci dəqiqədə Albers Keko penaltidən vurub. Matça start heyətində başlayan Zamiq sona qədər mübarizə aparıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 23-də keçiriləcək.