Zamiqin komandası qalib gəldi

1.02.2025 09:51 221
Dünya futbolu
Albaniya çempionatında 23-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin formasını geydiyi “Eqnatia” öz meydanında “Bülis”i qəbul edib. Matçda həmyerlimizin komandası qələbə qazanıb - 2:1.

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Zamiq 90-cı dəqiqədə meydana çıxıb.

“Eqnatia” turnir cədvəlində 42 xalla liderdi. Komanda ən yaxın izləyicisi “Vilaznia”dan iki xal öndədi.