“Sanki “Barselona”yıq, hər kəsi tiki-taka ilə məhv edirik” – 3:0 Haitini coşdurdu

24.03.2025 14:37 15
Ölkə futbolu / Manşet
Azərbaycanda Haiti haqda dərin məlumatlar olmadığı kimi, haitililər də ölkəmizi tanımır.

Hər halda, görəsən, 3:0 məğlub etdikləri milli haqda nə düşünürlər?

Haiti Futbol Federasiyasının “instaqram” səhifəsində Lens Soliman ad-soyadlı istifadəçi yazır: “Fərq daha böyük olmalıydı”. Olibzpodz adlı istifadəçinin fikri: “Sanki “Barselona”yıq, rəqibdən aslı olmayaraq, hər kəsi tiki-taka ilə məhv edirik”.

Haiti Futbol Federasiyasının rəsmi saytında isə Gottaluv Terry yazır: “Oyun bitməmiş azarkeşlərin yarısından çoxu stadionu tərk etdi”.

Qalib düşərgənin haqqımızda ironik şərhlər yazması vətəndaş kimi heç birimizə xoş deyil. Səbəbkarlar isə bəllidi: Futbolçular, Santuş və Santuşa inananlar.

MÜZƏFFƏR QULUZADƏ