Haiti millisi Bakıya gəldi

18.03.2025 11:13 14
Ölkə futbolu
Millimizlə beynəlxalq yoldaşlıq oyununda qarşılaşacaq Haiti yığması artıq Bakıdadır.

"Football-plus.az" xəbər verir ki, komanda dünən axşam saatlarında Azərbaycana gəlib.

Haiti Futbol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, komanda artıq yığmamızla oyunun hazırlığına başlayıb.

Xatırladaq ki, Azərbaycan - Haiti oyunu martın 22-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək. Görüş saat 21.45-də başlayacaq.