"Neftçi" - "Araz-Naxçıvan" oyununun biletləri satışda

23.03.2025 21:21 15
Ölkə futbolu
Misli premyer-liqasının 28-ci turunun “Neftçi” – “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti 3, 5, 10, 20 və 30 AZN-ə təklif olunur. Biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/.../neftci-pfk-araz-naxcivan.../148354
“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, martın 29-da keçiriləcək “Neftçi” - “Araz-Naxçıvan” görüşü saat 16.45-də start götürəcək.