Futbol üzrə ölkə çempionatlarında martın sonuna qədər fasilə yaransa da, qarşıdakı günlərdə futbolsuz qalmayacağıq.
Ona görə ki, millimiz beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki dəfə meydana çıxacaq. Özü də tarixində ilk dəfə Sumqayıtda və Masazırda. Yəni gözlərimizin önündə!
22 mart
Azərbaycan – Haiti 0:3
Hakimlər: KADİR SAĞLAM, Dəniz Caner Ozaral, Anıl Usta, Fərid Hacıyev.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 21.45.
25 mart
Azərbaycan – Belarus 0:2
Pavel Zabelin, 59. Nikita Demçenko, 78.
Hakimlər: ALEKO APTSİAURİ, Davit Axvlediani, Davit Qabisoniya, Tural Qurbanov.
Bakı, “Bank Respublika Arena”. Saat 21.45.
KƏNAN BAHADIR