Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı start götürüb.
"Football-plus.az" xəbər verir ki, şahmatçılarımızdan doqquzu - Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Read Səmədov, Şiroğlan Talıbov, Elmar Atakişiyev və Xaqan Əhməd yarışa qələbə ilə başlayıblar.
Ümid Aslanov və Vüqar Manafov ilk turda heç-heçə ediblər. Şahin Vəliyev və Suleyman Süleymanlı isə məğlubiyyətlə başlayıblar.