• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elmar Baxşıyev tilsimi qıra bilmədi - REPORTAJ

Ölkə futbolu / Reportaj

14-03-2025, 12:0

Araz-Naxçıvan – Qarabağ (Ağdam) 1:3 (1:1)
12. Kristian Avram – 6,0
5. Qara Qarayev – 5,0
(6. Vadim Abdullayev, 53) – 5,0
34. Urfan Abbasov (k) – 5,0
(22. Elçin Mustafayev, 46) – 5,0
3. Bəxtiyar Həsənalızadə - 5,5
2. Slavik Alxasov – 5,0
17. İssuf Paro – 5,5
23. Nuno Rodriqes – 5,5
8. Karlos Jatoba – 5,5
97. Felipe Santos – 4,5
10. Bernardo Dias – 5,5
(7. Ülvi İsgəndərov, 66) – 5,0
9. Əyyub Allaş – 5,5
(21. Sezar Meza Kolli, 78) – qiymətsiz
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
26. Ömər Buludov
20. Turan Vəlizadə
11. Bayraməli Qurbanov
71. Sənan Ağalarov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Kristian Avram

99. Mateuş Koxalski – 6,0
55. Bədavi Hüseynov (k) – 6,0
13. Bəhlul Mustafazadə - 6,0
27. Toral Bayramov – 6,0
(44. Elvin Cəfərquliyev, 71) – 5,0
90. Nəriman Axundzadə - 7,0
(22. Musa Qurbanlı, 79) – qiymətsiz
10. Abdulla Zubir – 5,5
(11. Emmanuel Addai, 89) – qiymətsiz
7. Yassin Benzya – 6,5
8. Marko Yankoviç – 6,0
9. Kadi Borges – 6,0
2. Mateus Silva – 5,5
(29. Marko Veşoviç, 71) – 5,0
15. Leandro Andrade – 6,5
(21. Aleksey Kaşuk, 79)
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
97. Fabian Buntiç
24. Aleksey İsayev
81. Kevin Medina
66. Patrik Andrade
19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Nəriman Axundzadə

Qollar: F.Santos, 35 (1:0). N.Axundzadə, 44 (1:1). L.Andrade, 77 (1:2, N.Axundzadə). E.Addai, 90+6 (1:3, Y.Benzya).
Vərəqələr: B.Dias, 24 (qeyri-idman hərəkəti). B.Həsənalızadə, 83 (qeyri-idman hərəkəti). K.Jatoba, 83 (qeyri-idman hərəkəti). Y.Benzya, 83 (qeyri-idman hərəkəti). M.Yankoviç, 83 (qeyri-idman hərəkəti). M.Qurbanlı, 83 (qeyri-idman hərəkəti) – sarı. F.Santos, 83 (təcavüzkar davranış) – qırmızı.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Şirməmməd Məmmədov, Fərid Hacıyev (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
8 mart. Bakı. “Liv Bona Dea Arena”. 300 tamaşaçı (6500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.

İlk “4-lük”də yerini möhkəmləndirmək istəyən “Araz-Naxçıvan” erkən çempionluğa doğru sürətlə irəliləyən “Qarabağ”dan xal qoparmağa məcbur idi. “Qırmızı-ağlar” bu yolla komanda daxilində korlanan ab-havanı yaxşılaşdıra, avrokuboklar uğrunda mübarizədə şansını bir qədər də artıra bilərdi. Lakin ağdamlıların əzmkar oyunu və 81-ci dəqiqədə yaşanan xoşagəlməz olay sürpriz nəticənin qeydə alınmasına imkan vermədi.

Əslində qonaqlar elə 1-ci dəqiqədə hesabı açmağa yaxın oldu. Bəxtiyarın səhvi üzündən topu ələ keçirən Kadi dərhal “çərçivə”ni nişan aldı ki, “kürə” dirəyin yanından keçdi. Bir qədər sonra Toral uzaq məsafədən cərimə meydançasına düşünülmüş ötürmə verdi. Burda Nəriman başla zərbə ilə fərqlənmək istəsə də, mövqeyini vaxtında tərk edən Avram topu rəqibdən “oğurladı”. “Qarabağ”ın növbəti uğursuz cəhdi 23-cü dəqiqədə qeydə alındı. Bu dəfə də hadisələrin mərkəzində Nəriman göründü. Gənc hücumçu qapıçıyla üz-üzə qalsa da, “çərçivə”ni dəqiq nişan ala bilmədi. Onun bir qədər sonrakı qol vurmaq istəyinə isə Avram imkan vermədi. Moldovalı qolkiper yenə rəqibiylə təkbətək mübarizədən qalib ayrıldı.

“Köhlən atlar”ın 30-cu dəqiqədə fərqlənə bilməməsinin səbəbi də qapıçı oldu. Ona görə ki, Avram Leandronun ötürməsindən sonra başla qol vurmaq eşqinə düşən Zubiri məyus etdi. “Araz-Naxçıvan”ın ilk təhlükəli vəziyyəti qolla nəticələndi. Düzdü, Allaş – Jatoba – Santos kombinasiyasının sonuncusu ilk cəhddə topu tora qovuşdura bilmədi. Lakin Koxalskinin qaytardığı topun meydanda qaldığını görən Santos ikinci cəhddə fərqləndi. 41-ci dəqiqədə Avram yenə komandasının xilaskarı oldu. Qolkiper yaxın məsafədən cərimə zərbəsini yerinə yetirən Benzyanın göndərdiyi topu barmaqlarının ucuyla dəf etdi. Ardınca “qırmızı-ağlar”ın daha iki tutatlı hücum cəhdini izlədik. Amma nə Slavik fərqi artıra bildi, nə də Santos. Belədə əks-hücuma keçən “köhlən atlar” 44-cü dəqiqədə hesabı bərabərləşdirdi. Dəqiq desək, Toralın zərbəsini dəf etməkdə çətinlik çəkən Avram topu əlindən qaçırdı. Meydandan qalan “kürə”ni “çərçivə”dən keçirən Nəriman oldu. Nəticədə komandalar fasiləyə “sülh”lə yollandı.

İkinci hissə də qonaqların tutarlı hücumlarıyla müşayiət olundu. 52-ci dəqiqədə önə atılan “Qarabağ” Benzyanın qeyri-dəqiqliyi üzündən fürsəti əldən verdi. Halbuki Kadi ona faydalı ötürmə vermişdi. Bir qədər sonra bəxtini sınayan meydan sahibləri isə Koxalski səddini keçə bilmədi. Daha doğrusu, Nuno qolkiperi “nişan aldı”. 63-cü dəqiqədə izlədiyimiz hücum cəhdi Kadinin topu tirin üstündən vurmasıyla nəticələndi. Hər halda, ağdamlılar lazım olan qolları vurdu. 77-ci dəqiqədə Leandro Elçinin topu itirməsindən yararlanan Nərimanın qapıya paralel ötürməsini qolla tamamladı. Bir qədər sonra isə tura damğasını vuran olay yaşandı. Bu haqda “Gözdən qaçmadı”da ətraflı yazmışıq. Qısaca bildirək ki, xoşagəlməz hadisə Santosun 83-cü dəqiqədə meydandan qovulmasıyla nəticələndi. Belədə meydandakı hakimiyyətini gücləndirən “köhlən atlar”, daha doğrusu, Addai dubl müəllifi ola bilərdi. Lakin qanalının ilk cəhdini Avram əngəllədi. O, istəyinə 90+6-cı dəqiqədə çatdı. Düzdü, həmin epizodda “Araz-Naxçıvan” hesabı bərabərləşdirmək imkanına malik idi. Lakin Benzyanın topu əlverişli mövqedə dayanan Addaiyə çatdırması hadisələrin axarını dəyişdi. Belədə meydanın bu başından o başına təkbaşına irəliləyən futbolçu “çərçivə”ni dəqiq nişan aldı. Əlbəttə, burda Addainin ayağından çıxan topun Elçinə toxunandan sonra istiqamətini dəyişdiyini, belədə Avramın çarəsiz qaldığını vurğulamaqda fayda var.

Hər halda, “Qarabağ” erkən çempionluğa doğru daha bir addım atdı. “Araz-Naxçıvan”ın avrokuboklara yollanmaq hədəfi üçün isə təhlükə böyüyür: qələbə həsrəti 6 oyuna çatdı.

Gözdən qaçmadı
* PFL 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə layihə həyata keçirdi. Futbolçular meydana gül, özəl və fərqli dizayn olunmuş formalar hədiyyə edilən azyaşlı qızlarla birlikdə çıxdı. Eyni zamanda, PFL komandalarına dəstək olmağa gələn xanım azarkeşləri də unutmadı. Onların hər birinə gül hədiyyə olundu.
* 81-ci dəqiqədə Benzya Santosla təkbətək mübarizədə qalib gələndən sonra rəqibi qıcıqlandıracaq davranışa yol verdi. Daha doğrusu, yerdə qalan futbolçunun üzərinə qışqıraraq xoşagəlməz jestlər etdi. Belədə hisslərini cilovlaya bilməyən Jatoba Benzyaya hücum çəkdi. Ardınca ayağa qalxan Santos da "köhlən atlar"ın oyunçusunun üzərinə şığıdı. Nəticədə onlar münasibətləri yumruqlarla aydınlaşdırmaq istədi. Davaya hər iki komandadan başqa futbolçular da qoşuldu. Kütləvi davanın daha da böyüməsinə ədalət təmsilçisi və digər oyunçular mane oldu.
* Tribunalarda yalnız barmaqla sayılacaq qədər sıravi naxçıvanlı azarkeş var idi.
* Elmar Baxşıyev oyun ərzində hakimlərin qərarından narazı qaldı. O, 81-ci dəqiqədə yaşananlara görə emosiyalarını cilovlamaqda ciddi çətinlik çəksə də, yalnız dördüncü hakim tərəfindən şifahi xəbərdarlıq aldı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

8-03-2025, 18:0

"Araz-Naxçıvan" - "Qarabağ": START HEYƏTLƏRİ

Ölkə futbolu

22-12-2024, 15:0

"Qarabağ" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Premyer-liqa

2-08-2024, 19:0

“Araz-Naxçıvan” - “Qarabağ”: START HEYƏTLƏRİ

Ölkə futbolu

28-02-2025, 14:0

"Zirə" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Ölkə futbolu

29-11-2024, 15:0

"Araz-Naxçıvan" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Ölkə futbolu

16-02-2025, 14:0

"Turan Tovuz" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Aktual
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
Son xəbərlər
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 234
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə