"Neftçi"nin rəsmi mağazası fəaliyyətə başladı

25.02.2025 21:54 252
Ölkə futbolu
“Neftçi” rəsmi mağazası bu gün onlayn fəaliyyətə başlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rəsmi mağaza azarkeşlərə sevimli komandalarına və klub tarixinə olan bağlılıqlarını ifadə etmələri üçün geniş məhsul çeşidi təqdim edir.

Burda “Neftçi"nin yeni mövsüm formaları, outlet kolleksiyası satışdadır. Yaxın vaxtlarda aksesuarlar, hədiyyəlik məhsullar və daha çoxunu tapmaq mümkün olacaq:

"Azarkeşlər üçün xüsusi dizaynlar, yüksək keyfiyyətli məhsullar və klubun rəngləri ilə bəzədilmiş bir çox şeyi “Neftçi” rəsmi mağazasında əldə edə bilərsiniz.

Yalnız məhsul deyil, eyni zamanda, “Neftçi” sevgisini, tarixini və ruhunu yaşamaq istəyirsinizsə, doğru yerdəsiniz. Sizi hər zaman “Neftçi” rəsmi mağazasında gözləyirik!"

Keçid: https://store.neftchi.az/