PFL ictimaiyyətə təqdim etdiyi məlumatda səbəbi Tovuz şəhərində ölkə futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyi ilə izah etdi. Bəs, söhbət konkret nədən gedir?
“Football-plus.az”ın sualını AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli cavabladı:
“Tovuzda baş tutması qərara alınan oyun ərəfəsində “Turan Tovuz”un inşa etdiyi yeni akademiya binasının açılış mərasimi keçiriləcək. Həmin tədbirdə AFFA rəhbərliyi, İcraiyyə Komitəsinin üzvləri, Tovuz təmsilçisinin rəhbərliyi və böyük ehtimalla, Peşəkar Futbol Liqasının rəhbərliyi iştirak edəcək”.
Qeyd edək ki, açılış mərasiminin tarixi hələ dəqiqləşməyib. Lakin tədbirin martın 15-də keçirilməsi, ardınca qonaqların “Kəpəz” – “Qarabağ” matçını izləməsi gözlənilir.
KƏNAN BAHADIR




