Millimiz seçmə mərhələdə son oyuna hazırlaşır

12.04.2022 11:32 380
Ölkə futbolu
19 yaşadək qadın futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün sonuncu oyununu keçirəcək.

"Football-plus.az" saytının məlumatına görə, yığmamız Şimali İrlandiyada təşkil olunan qrup mərhələsinin son oyununda meydan sahibi komanda ilə üz-üzə gələcək.


Azərbaycan – Şimali İrlandiya
12 aprel. İnver Park. Larne. Saat 17.00
Hakimlər: Tatyana Sorokopudova (Qazaxıstan), Nargis Magau (Qazaxıstan), Anni Koppel (Estoniya), Triinu Laos (Estoniya)