UEFA Azərbaycan klublarına ödəniş etdi

12.02.2025 18:16
Ölkə futbolu
UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində "Qarabağ" istisna olmaqla, Azərbaycanın 9 klubuna ödəniş edib.

"Football-plus.az" xəbər verir ki, 2023/24 mövsümü üçün ayrılmış 1 955 000 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Bununla da "Neftçi", "Səbail", "Qəbələ", "Sumqayıt", "Sabah", "Araz-Naxçıvan", "Zirə", "Turan Tovuz" və "Kəpəz" klublarının hər birinə 217.222.22 avro çatıb.